Zümər Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.
Bünyadov-Məmmədəliyev:
Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!
Elmir Quliyev :
Но для тех, кто боялся своего Господа, уготованы горницы, расположенные одна над другой, под которыми текут реки. Таково обещание Аллаха, и Аллах не нарушает обещания!
Ələddin Sultanov:
Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.
Kerbelayi Malik ağa:
Lakin Rəblərinə qarşı təqva sahibi olanlar üçün üst-üstə inşa edilmiş, altından çaylar axan köşklər vardır. Bu Allahın vədidir, Allah vədindən dönməz.
Ələsgər Musayev:
Lakin o kəslər ki, qorxdular Rəblərindən, onlar üçün bir-birinin üstündən otaqları olan binalar var, cari olur altından onun nəhrlər, vədinə görə Allahın. Allah vədinə xilaf etməz!
A.Mehdiyev və D.Cəfərli:
Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.
Kövsər Tağıyev:
Ancaq Rəbbinə qarşı gəlməkdən çəkinənlər üçün (cənnətdə) üst-üstə tikilmiş altlarından çaylar axan köşklər var. Allah gerçək bir vəd vermişdir. Allah vədindən dönməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Amma öz Rəbbindən qorxanlar üçün üst-üstə tikilmiş, altından çaylar axan hücrələr vardır. Bu, Allahın vədi ilədir. Allah isə vədə xilaf çıxmır.
Sabirə Dünyamalıyeva:
Lakin Rəbbinin mühafizəsi altına daxil olan o kəslər üçün Allahın bir vədi olaraq altından çaylar axan, mərtəbə-mərtəbə qəsrlər var. Allah vədində əsla xilaf çıxmaz.