Əlixan Musayev:
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər (verdiyinizi) böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?
Bünyadov-Məmmədəliyev:
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!
Elmir Quliyev
:
Если вы пожелали заменить одну жену другой и если одной из них вы подарили кантар, то ничего не берите себе из этого. Неужели вы станете отбирать это, поступая лживо и совершая очевидный грех?
Ələddin Sultanov:
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mehr vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək onu gerimi alacaqsınız?!
Kerbelayi Malik ağa:
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə çoxlu mal (mehir) vermiş olsanız belə, artıq ondan (verdiyinizdən) bir şeyi geri almayın. Onu (verdiyinizi) böhtan ataraq və açıq-aşkar günah işləyərəkmi geri alacaqsınız?
Ələsgər Musayev:
Əgər istəyəsiniz zövcənizi başqa zövclə dəyişmək və
onlardan birinə əta edibsiniz sərvət, onda almayın ondan bir
şey. Ə, alacaqsınızmı onu böhtan və aşkar günah olaraq?
A.Mehdiyev və D.Cəfərli:
Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər).
Kövsər Tağıyev:
Əgər bir zövcənin yerinə başqa bir zövcə almaq istəyərsinizsə, o birisinə (mehir olaraq) yüklərlə mal vermiş olsanız da ondan heç bir şeyi geri almayın. İftira ataraq və açıq-aşkar günaha girərəkmi verdiyinizi geri alacaqsınız?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz bir arvadın yerinə başqa birini almaq istəsəniz, birincisinə saysız-hesabsız dövlət vermişsinizsə də, ondan heç bir şey geri almayın. Heç siz açıq-aşkar haqsızlıq və günah işlədərək onu geri alarsınız?
Sabirə Dünyamalıyeva:
Və əgər bir zövcənin yerinə başqa bir zövcə almaq istəsəniz, onlardan birinə yığın-yığın [mal] vermiş olsanız belə, artıq ondan heç bir şeyi geri almayın. Onu bir böhtanla və açıq-aşkar bir günah [işləyərək] alacaqsanmı?