Əlixan Musayev:
Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram.
Bünyadov-Məmmədəliyev:
(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) “Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!
Elmir Quliyev
:
Я прибег к защите моего Господа и вашего Господа, чтобы вы не побили меня камнями.
Ələddin Sultanov:
Sizin məni daşqalaq etməyinizdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığınmışam.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, məni daşqalaq etməyinizdən sizin də Rəbbiniz olan Rəbbimə sığındım.
Ələsgər Musayev:
Pənah gətirirəm mənim
Rəbbimə və sizin Rəbbinizə, ondan ötrü ki, məni vurmayasız.
A.Mehdiyev və D.Cəfərli:
Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
Kövsər Tağıyev:
“Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə açıq-aşkar bir dəlil (möcüzə) gətirirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən Rəbbimə, Rəbbinizə pənah aparıram ki, məni daşa basmayasınız.
Sabirə Dünyamalıyeva:
Və şübhəsiz ki, mən, məni daşqalaq edərək öldürməyinizdən mənim Rəbbimə, sizin Rəbbinizə Allaha sığınıram.