Fəth Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bunları sizə tezliklə verdi insanların əllərini sizdən çəkdi ki, bu, möminlərə bir ibrət olsun sizi doğru yola yönəltsin.
Bünyadov-Məmmədəliyev:
Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Möminlərə işarə olsun sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).
Elmir Quliyev :
Аллах обещал вам многочисленные трофеи, которые вы возьмете. Он ускорил для вас это и убрал от вас руки людей, чтобы это стало знамением для верующих и чтобы наставить вас на прямой путь.
Ələddin Sultanov:
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Bunu (Hüdeybiyyə müqaviləsini) sizə tezliklə verdi insanların əllərini sizdən çəkdi ki, bu, möminlər üçün (zəfərə) işarə olsun sizi doğru yola yönəltsin.
Kerbelayi Malik ağa:
Allah sizə əldə edəcəyiniz çoxlu qənimət vəd etdi. Bunu sizə tezliklə verdi. İnsanların əllərini sizdən çəkdi. Möminlərə ibrət olsun sizi Sirati Müstəqimə hidayət etsin deyə.
Ələsgər Musayev:
Vəd verdi sizə Allah çoxlu qəniməti, hansı ki, götürərsiz onu bunu O sizin üçün sürətləndirdi saxladı insanların əlini sizdən, ondan ötrü ki, bu, inananlar üçün ayət olsun O sizi düz yola hidayət etsin.
A.Mehdiyev və D.Cəfərli:
Allah sizə (gələcəkdə) götürəcəyiniz çoxlu qənimətləri vəd etmişdir. Bunu (Xeybər qənimətini) sizə tez verdi camaatın (təcavüzkar) əlini dəf etdi (ki, Allaha təslim olasınız). (Bunu) ona görə (etdi) ki, (bu qələbələr) möminlər üçün (Allahın qüdrət mərhəmətinin) nişanə(si) olsun sizi doğru yola yönəltsin.
Kövsər Tağıyev:
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Hələlik bunu sizə dərhal vermiş insanların əllərini sizdən çəkmişdir. (Allah belə etdi) ki, bunlar möminlər üçün bir dəlil olsun, sizi doğru bir yola yönəltsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizə götürəcəyiniz bollu qənimətlər vəd etmişdir. Bu qənimətləri isə sizin üçün tezləşdirdi insanların [düşmənlərin] əlini sizdən çəkdirdi ki, bu, möminlər üçün bir ibrət olsun Allah sizi düz yola çıxartsın.
Sabirə Dünyamalıyeva:
Allah sizə, alacağınız bir çox qəniməti sizin gücünüz çatmayan, ancaq Allahın sizin üçün əhatə etdiyi başqa şeyləri, sizin istifadəniz [üçün] möminlərə bir işarə olsun deyə,