Maidə Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi aləmlərdən heç kəsə vermədiyini sizə verdi.
Bünyadov-Məmmədəliyev:
Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi.
Elmir Quliyev :
Вот Муса (Моисей) сказал своему народу: мой народ! Помните милость, которую Аллах оказал вам, когда создал среди вас пророков, сделал вас царями и даровал вам то, чего не даровал никому из миров.
Ələddin Sultanov:
Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.
Kerbelayi Malik ağa:
Hz. Musa qövmünə belə demişdi: ‘Ey qövmüm! Allahın sizin üzərinizdəki nemətini, içinizdən peyğəmbərlər göndərdiyini sizi hökmdarlar etdiyini aləmlərdən heç birinə vermədiyi şeyi sizə verdiyini xatırlayın!’
Ələsgər Musayev:
Onda dedi Musa qoumu üçün: «Ay qoumum! Zikr edin nemətini Allahın üzərinizdə sizə. Onda etdi sizdə nəbilər etdi sizi maliklər əta etdı sizə ki, əta etməmişdi aləmlərdən bir kimsəyə.
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi sizi (insanlara) padşahlar etdiyi sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».
Kövsər Tağıyev:
Bir vaxt Musa qövmünə demişdi ki: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. Xatırlayın ki, sizdən peyğəmbərlər çıxarmışdı. Sizi hökmdarlar etmişdi (digər) xalqlardan heç birinə vermədiyini sizə vermişdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz camaatına demişdi: 'Ey camaatım! Allahın sizə etdiyi neməti yadınıza salın. Axı O, sizin aranızdan peyğəmbərlər müəyyən etdi, sizi hökmdarlar etdi aləmlərdən [insanlardan] heç kimə vermədiyi şeyləri sizə bəxş etdi.
Sabirə Dünyamalıyeva:
bir vaxt Musa öz qövmünə: "Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O zaman Allah sizin aranızdan peyğəmbərlər göndərdi. Sizi hökmdarlar etdi. aləmlərdən heç kəsə vermədiyini sizə verdi.