Mücadilə Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məhz Allaha Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Allahın Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr içərisində olacaqlar!
Elmir Quliyev :
Те, которые враждуют с Аллахом и Его Посланником, окажутся в числе самых униженных.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allaha Peyğəmbərinə düşmən olanlar ən zəlil kimsələr arasındadırlar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allaha Onun Rəsuluna qarşı həddi aşanlar zillət içindədirlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, Allah Onun rəsulu əleyhinə həddi aşırlar, həmin onlar zəlalətdə olanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah Onun Rəsulu ilə düşmənçilik edənlər ən zəlil kəslər zümrəsindədirlər.
Kövsər Tağıyev:
Allaha Peyğəmbərinə düşmən olanlar ki var, onlar ən zəlil kimsələrin arasındadırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
AIIaha Onun peyğəmbərinə qarşı çıxanlar ən alçaq kimsələr arasında olarlar.
Sabirə Dünyamalıyeva:
Allaha Elçisinə qarşı həddi aşmağa çalışanlar [ki var]; onlar, ən alçaq kəslər arasındadır.