Əlixan Musayev:
Özlərinə Kitab verdiyimiz kəslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər.
Bünyadov-Məmmədəliyev:
Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!
Elmir Quliyev
:
Те, кому Мы даровали Писание, знают его, как знают своих сыновей. Те, которые потеряли самих себя, никогда не уверуют.
Ələddin Sultanov:
Kitab verdiyimiz kimsələr onu (Peyğəmbəri), öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana salanlar iman gətirməzlər.
Kerbelayi Malik ağa:
Kitab verdiyimiz kimsələr Onu öz oğullarını tanıdıqları kimi tanıyarlar. Artıq mömin olmayanlar nəfslərini hüsrana düşürdülər.
Ələsgər Musayev:
O kəslər ki, əta etmişik onlara kitab, arifdirlər ona, nə qədər ki, öz oğullarına. O kəslər ki, nəfslərinə xəsarət yetirdilər - onlar inananmazlar!
A.Mehdiyev və D.Cəfərli:
(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
Kövsər Tağıyev:
Kitab əhli onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana salanlar ki var, onlar inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab bəxş etdiyim kəslər onu [peyğəmbəri] öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə ziyan vuranlar isə iman etməyənlərdir.
Sabirə Dünyamalıyeva:
Kitab verdiyimiz o kəslər, Peyğəmbəri, öz oğullarını tanıdıqları kimi tanıyırlar. Öz nəfslərinə zərər verən o kəslər, bax onlar iman etməzlər.