Əlixan Musayev:
İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlar-dır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).
Elmir Quliyev
:
Те, которые уверовали, совершили переселение и сражались на пути Аллаха своим имуществом и своими душами, выше пред Ним. Они являются преуспевшими.
Ələddin Sultanov:
İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
Kerbelayi Malik ağa:
Amənu olan və hicrət edən kəslərin malları və canları ilə Allah yolunda cihad edən kəslərin Allahın dərgahında ən böyük dərəcələri vardır. Onlar qurtuluşa çatanlardır.
Ələsgər Musayev:
O
kəslər ki, inandılar və hicrət etdilər və Allah yolunda cihad
etdilər malları ilə və nəfslərilə - onlar Allah yanında əzəmətli
dərəcə sahibidirlər və həmin onlar səadətə çatanlardır!
A.Mehdiyev və D.Cəfərli:
İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.
Kövsər Tağıyev:
İman edib hicrət edən və Allah yolunda malları ilə, canları ilə cihad edən kimsələrin mərtəbələri Allah qatında daha üstündür. Məhz onlar uğur tapanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlərin, hicrət edənlərin və Allah yolunda öz malı, canı ilə cihad edənlərin Allahın yanında daha yüksək dərəcələri vardır və onlar uğur qazananlardır.
Sabirə Dünyamalıyeva:
İman edən, hicrət edən və mallarıyla, canlarıyla Allah yolunda səy göstərənlər Allahın dərgahında dərəcə baxımından daha üstündür. Bax məhz bunlar nicat tapanlardır.