Əlixan Musayev:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
А если дьявол станет наущать тебя, то прибеги к защите Аллаха, ведь Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Əgər şeytandan sənə vəsvəsə gələrsə, dərhal Allaha sığın. Şübhəsiz ki, O eşidəndir, biləndir.
Ələsgər Musayev:
Əgər şeytandan sənə vəsvəsə yetişir, onda pənah apar Allah ilə. Həqiqətən, O Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.
Kövsər Tağıyev:
Əgər şeytandan sənə bir vəsvəsə gələrsə, dərhal Allaha sığın. Şübhəsiz, O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər şeytandan sənə bir vəsvəsə [şər fikir] təlqin olunsa, Allaha sığın! Həqiqətən, O, eşidəndir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha pənah apar. Həqiqətən O, ən yaxşı ediən, ən yaxşı biləndir.