Əraf Surəsi 201. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar dərhal (gerçəyi) görərlər.
Bünyadov-Məmmədəliyev:
Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü mərhəmətini) xatırlayıb düşünərlər dərhal (gözləri açılıb) görən olarlar.
Elmir Quliyev :
Воистину, если богобоязненных людей коснется наваждение от дьявола, то они поминают назидание и прозревают.
Ələddin Sultanov:
Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını əzabını) xatırlayar bu zaman (haqqı) görərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, təqva sahibi kimsələr şeytandan onlara gözü bürüyən bir vəsvəsə toxunduğu zaman (Allahı) təzəkkür edərlər (Allahla təzəkkür edərlər). Məhz o zaman onlar bəsər edənlərdir (qəlb gözlərinin bəsər xassəsi ilə görərlər).
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, müttəqidirlər, onda ki, məshdir onlara tayfa şeytandan, yad edirlər onda ki, onlar görürlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr onda gözüaçıq olarlar.
Kövsər Tağıyev:
Şübhə yoxdur ki, Allaha qarşı gəlməkdən çəkinənlər özlərinə şeytandan bir vəsvəsə toxunduğu zaman yaxşıca düşünərlər (dərhal Allahı xatırlar) sonra dərhal gözlərini açarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahdan qorxanlara bir vəsvəsə toxunarsa (Allahı) yada salarlar, beləliklə (haqqı) görmüş olarlar.
Sabirə Dünyamalıyeva:
şübhəsiz Allahın mühafizəsi altına daxil olan bu kəslər, onlara şeytanın vəsvəsəsi, qaranlıq bir şübhə, əl çəkməyən bir tufan toxunduqda, yada salar/fikirləşərlər. Sonra bir görərsən ki, onlar görüb-biliblər!