Əlixan Musayev:
Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!
Elmir Quliyev
:
Им уготован удел за то, что они приобрели. Аллах скор в расчете.
Ələddin Sultanov:
Onlar üçün qazandıqlarından (axirətdə) bir pay (mükafat) vardır. Allah çox sürətli haqq-hesaba çəkəndir.
Kerbelayi Malik ağa:
Onlar ki, qazandıqlarına (qazandıqları dərəcələrə görə) nəsibi vardır. Allah tez haqq-hesab çəkəndir.
Ələsgər Musayev:
Həmin onlardır ki onlar üçün nəsib var nədən
kəsb etdilər Allah sürətlidir hesabda!
A.Mehdiyev və D.Cəfərli:
Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).
Kövsər Tağıyev:
Məhz onlara qazandıqlarından bir nəsib var. Allah çox tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunların qazandıqları şeylərdən payları vardır. Axı Allah tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Bax onlar üçün qazandıqlarından haqlarına düşən bir pay var. Və Allah, çox tez haqq-hesab çəkəndir.