Əlixan Musayev:
Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun.
Bünyadov-Məmmədəliyev:
Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!
Elmir Quliyev
:
Когда читается Коран, то слушайте его и храните молчание , — быть может, вас помилуют.
Ələddin Sultanov:
Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin! (Həm namaz əsnasında, həm də digər vaxtlarda Qurani-Kərim oxunarkən danışmadan onu diqqətlə dinləmək, mənalarını başa düşməyə çalışmaq və onları təfəkkür etmək hər bir müsəlmanın borcudur.)
Kerbelayi Malik ağa:
Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə rəhmət olunarsınız.
Ələsgər Musayev:
Onda ki, Qur’an qiraət olunur onu eşidin və sakit olun, ola ki, siz rəhm olunasınız!
A.Mehdiyev və D.Cəfərli:
Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz.
Kövsər Tağıyev:
Qur`an oxunduğu zaman ona qulaq asıb dinləyin və susun ki, sizə mərhəmət edilsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Quran oxunarkən ona qulaq asın, səssizcə dinləyin, bəlkə sizə rəhm oluna!
Sabirə Dünyamalıyeva:
Və sizə rəhm olunması üçün, Quran öyrənildiyi-öyrətildiyi zaman, dərhal ona qulaq asın və susun.