Əlixan Musayev:
Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
Bünyadov-Məmmədəliyev:
Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
Elmir Quliyev
:
Когда ему говорят: "Побойся Аллаха!", гордыня подталкивает его на грех. Довольно с него Геенны! Как же скверно это ложе!
Ələddin Sultanov:
Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
Kerbelayi Malik ağa:
Ona: ‘Allaha qarşı təqva sahibi ol.’ deyildiyi zaman izzət (nəfsin qüruru) onu günah ilə tutar (mane olub onu günaha batırar). Artıq ona cəhənnəm kifayət edər və əlbəttə o pis bir döşəkdir.
Ələsgər Musayev:
Onda ki, deyildi onun üçün: «Qorx
Allahdan!», götürdü onu izzət günahla. Hesabı onun
cəhənnəmdir və pis həddir!
A.Mehdiyev və D.Cəfərli:
Və ona «Allahdan qorx!» deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir.
Kövsər Tağıyev:
Ona “Allahdan qorx”, – deyildiyi zaman qüruru onu daha da günaha sövq edər. Artıq beləsinin öhdəsindən cəhənnəm gələr. O nə pis yataqdır!
M.Qənioğlu və T.Bilaloğlu:
Ona: "Allahdan qorx !" deyəndə qüruru onu günaha sürükləyir. Cəhənnəm ona bəs edər. Nə pis bir yatacaqdır !
Sabirə Dünyamalıyeva:
Ona, "Allahın mühafizəsi altına daxil ol!" deyildiyi zaman da təkəbbürü, gücü, onu günah işləməyə sövq edər. Bax beləsinə cəhənnəm kifayətdir. O, necə pis bir yataqdır!