Əlixan Musayev:
Rəbbinin dərgahında olan (mələklər) Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!
Elmir Quliyev
:
Те, которые находятся возле твоего Господа, не превозносятся над поклонением Ему, славословят Ему и падают перед Ним ниц.
Ələddin Sultanov:
Rəbbinin yanında olanlar (mələklər), Ona ibadət etmək barəsində təkəbbürlənməz, Onun şəninə təriflər deyər və Ona səcdə edərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın dərgahında olanlar (hüzur namazı qılanlar) Ona ibadət etməkdən kibirlənməzlər. Onu təsbeh edərlər və Ona səcdə edərlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, sənin Rəbbinin yanındadır, heç vaxt Onun ibadətindən təkəbbürlük etməzlər və Onu saya salıb və Onun üçün səcdə edərlər!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.
Kövsər Tağıyev:
Şübhəsiz Rəbbinin qatındakılar (mələklər) Ona ibadət etməkdə təkəbbür göstərməzlər. Onu təsbih edərlər və yalnız Ona səcdə edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sənin Rəbbinin dərgahında olanlar [mələklər] Ona ibadət etməkdə təkəbbür göstərməzlər, şəninə təriflər deyər və Ona səcdə edərlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Rəbbini yaxşı tanıyan kəslər, Allaha bəndəlik etməkdə təkəbbür göstərməzlər, Onu bütün nöqsanlıqlardan pak tutar və yalnız Ona boyun əyib təslim olarlar.