Əlixan Musayev:
Sizə açıq-aydın dəlillər gəldikdən sonra (haqq yoldan) çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!
Elmir Quliyev
:
А если вы споткнетесь после того, как к вам явились ясные знамения, то знайте, что Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Sizə açıq-aşkar dəlillər gəldikdən sonra əgər yenə haqq yoldan azsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir!
Kerbelayi Malik ağa:
Artıq sizə bəyyinələr gəldikdən sonra əgər hələ (Allaha doğru gedən yoldan) sapsanız, o zaman Allahın Əziz, Hakim (hökm sahibi) olduğunu bilin!
Ələsgər Musayev:
Əgər zəlil oldunuz
sonradan nə ki, gəldi sizə bəyanatlar və bilin ki, həqiqətən
Allah Əzizdir Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz (və şirk və küfrü seçsəniz), bilin ki, Allah qüdrətli və hikmətlidir (və sizə Öz hikməti əsasında əzab verəcəkdir).
Kövsər Tağıyev:
Sizə açıq-aydın dəlillər gəldikdən sonra əgər yenə yanlış yola düşsəniz, bilin ki, Allah, həqiqətən, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə bu aydın dəlillər gəldikdən sonra büdrəsəniz, bilin ki Allah qüdrət və hikmət sahibidir !
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, əgər siz açıq-aşkar dəlillər gəldikdən sonra yenə azsanız, bilin ki, həqiqətən Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.