Hud Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar özlərini ziyana uğradarlar. Uydurduqları (bütlər) isə onlardan qeybə çəkilib gedər.
Bünyadov-Məmmədəliyev:
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.
Elmir Quliyev :
Они потеряют самих себя, и покинет их (или исчезнет) то, что они измышляли.
Ələddin Sultanov:
Onlar özlərini ziyana salan kimsələrdir. Uydurduqları şeylər (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
Kerbelayi Malik ağa:
Onlar nəfslərini ziyana uğradan kəslərdir. Uydurmuş olduqları şeylər onlardan uzaqlaşdı (getdi).
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, özlərinə xəsarət yetiriblər iftira etdikləri onlardan uzaqlaşmış oldu!
A.Mehdiyev və D.Cəfərli:
Öz vücudlarını ziyana vermiş kəslər onlardır uydurduqları şey (onların yalançı məbudları) onlardan qeyb oldu yoxa çıxdı.
Kövsər Tağıyev:
Bunlar özlərini ziyana salan kimsələrdir. Uydurduqları şeylər onları darda qoyub getmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar o kəslərdir ki, öz-özlərinə ziyan vurmuş uydurduqları [şərikləri] onları tərk edib yox olmuşlar.
Sabirə Dünyamalıyeva:
Bax onlar, özlərinə zərər vermiş olan kəslərdir. O uydurduqları şeylər onlardan uzaqlaşıb qeyb olacaq.