Hicr Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
Bünyadov-Məmmədəliyev:
(Yerdə göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun qədər lazım olması isə yalnız Bizə məlumdur).
Elmir Quliyev :
Нет таких вещей, хранилищ которых не было бы у Нас, и ниспосылаем Мы их только в известной мере.
Ələddin Sultanov:
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən bir ölçü ilə endiririk.
Kerbelayi Malik ağa:
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın. Biz onu ancaq müəyyən miqdar ilə endiririk.
Ələsgər Musayev:
.Elə bir şeydən ki, ancaq Bizim yanımızdadır onun xəzinələri nazil edirik onu ancaq məlum qədərində.
A.Mehdiyev və D.Cəfərli:
(Varlıq aləmində sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
Kövsər Tağıyev:
Elə bir şey yoxdur ki, xəzinələri yanımızda olmasın. Biz onu ancaq müəyyən bir ölçü ilə endirərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Elə bir şey yoxdur ki, onun tükənməz mənbəyi Bizdə olmasın. Biz göndəririksə, onu yalnız məlum qədərincə göndəririk.
Sabirə Dünyamalıyeva:
hər şeyin xəzinələri ancaq Bizdədir. Biz, onu ancaq müəyyən bir ölçü ilə endiririk.