Əlixan Musayev:
(Mələk )dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”».
Bünyadov-Məmmədəliyev:
(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”
Elmir Quliyev
:
Он сказал: "Вот так! Господь твой сказал: “Это для Меня легко. Мы сделаем его знамением для людей и милостью от Нас. Это дело уже предрешено!”"
Ələddin Sultanov:
(Cəbrail) dedi: “Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu, əzəldən qərarı verilmiş bir işdir!”
Kerbelayi Malik ağa:
(Cəbrail ə.s) dedi: ‘Elədir, sənin Rəbbin buyurdu: ‘O, Mənə asandır və onu insanlara bir möcüzə və Bizdən bir rəhmət edəcəyik.’ Əmr yerinə yetirilmişdir.
Ələsgər Musayev:
Dedi: «Belə buyurdu sənin
Rəbbin: “O Mənim üçün asandır. Onu edəcəyik insanlar üçün
ayət və Öz tərəfimizdən rəhmət!” Bu iş həll olunub!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
Kövsər Tağıyev:
Cəbrail: “Bəli, elədir. Rəbbin deyir ki, o mənim üçün çox asandır. Onu insanlara bir möcüzə və qatımızdan bir rəhmət olması üçün belə təqdir etdik. Bu, (əzəldə) hökmü verilmiş bir işdir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Cəbrail dedi: “Bax belə, sənin Rəbbin belə buyurmuşdur:" Bu, mənim üçün asan bir işdir. Biz onu [uşağı] insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət etmək üçün (belə etdik)". Bu, haqqında (əzəldən) nökm verilmiş bir işdir".
Sabirə Dünyamalıyeva:
Elçi: "Elədir! Rəbbin buyurdu ki: Atasız uşaq vermək, Mənim üçün çox asandır. Həm də Biz, onu Öz tərəfimizdən insanlara bir nişan/əlamət və mərhəmət edəcəyik." Və o, gerçəkləşdirilən bir iş oldu.