Əlixan Musayev:
Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda (başqa )faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bəzilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!
Elmir Quliyev
:
Воистину, домашняя скотина служит назиданием для вас. Мы поим вас тем, что находится у них в животах. Они приносят вам многочисленную пользу, и вы питаетесь ими.
Ələddin Sultanov:
Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Onların qarınlarındakından (süddən) sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır. Həmçinin onlardan (ətlərindən) yeyirsiniz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, heyvanlarda sizin üçün ibrət vardır. Onların qarınlarındakı şeydən sizə içirərik. Onda sizin üçün çox mənfəətlər vardır və ondan yeyərsiniz.
Ələsgər Musayev:
Həqiqətən, sizin üçün davarlarda ibrət var. Biz içirdirik
sizə nədən ki, onların bətnlərində var və onda sizin üçün çoxlu
mənfəət var və ondan yeyirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən heyvanlarda (onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında) sizin üçün ibrət (dərsi) vardır. (Xüsusilə bundan ibrət götürün ki,) onların qarınlarında olanlardan sizə (süd) içirdirik və onlarda (onların dirisində, kəsilmişində və nəslində) sizin üçün çoxlu mənfəətlər vardır və onlardan (onların ətlərindən) yeyirsiniz.
Kövsər Tağıyev:
Heyvanlarda sizin üçün, əlbəttə, bir ibrət var. Onların qarınlarındakı süddən sizə içirdirik. Onlarda sizin üçün daha bir çox faydalar var və siz həm də onlardan yeyirsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudan da heyvanlarda sizin üçün bir ibrət vardır. Onların bətnlərində olandan [süddən] sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır, siz onlardan qidalanırsınız,
Sabirə Dünyamalıyeva:
Dört ayaqlı, iki dırnaqlı gövşəyən və ot yeyən heyvanlarda da sizin üçün həqiqətən bir ibrət vardır. Onların qarınlarındakı şeylərdən sizə içirdirik. Onlarda sizin üçün digər bəzi mənfəətlər də vardır.