Əlixan Musayev:
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
Bünyadov-Məmmədəliyev:
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
Elmir Quliyev
:
Я сбежал от вас, когда испугался вас, но мой Господь даровал мне власть (пророчество или знание) и сделал меня одним из посланников.
Ələddin Sultanov:
Sizdən qorxduğum üçün dərhal aranızdan qaçdım. Sonra Rəbbim mənə hikmət verdi və məni peyğəmbərlərdən etdi.
Kerbelayi Malik ağa:
O zaman sizdən qorxduğuma görə qaçdım. Lakin Rəbbim mənə hikmət verdi. Məni göndərilən rəsullardan etdi.
Ələsgər Musayev:
və sizin xofunuzdan fərarilik etdim və Rəbbim mənə hikmət bəxş edib və məni mürsəllərdən etdi.
A.Mehdiyev və D.Cəfərli:
«Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».
Kövsər Tağıyev:
“Sizdən qorxduğum üçün də dərhal aranızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökm və hikmət bəxş etdi, məni peyğəmbərlərdən etdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən sizdən qorxaraq yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hikmət bəxş etdi və məni peyğəmbərlərdən etdi.
Sabirə Dünyamalıyeva:
Sizdən qorxunca da dərhal sizdən qaçdım. Sonra Rəbbim mənə qanunlarqaydalar bəxş etdi və məni elçilərdən biri etdi.