Əlixan Musayev:
O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da mən ona şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm”.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!”
Elmir Quliyev
:
Я подвергну его суровым мучениям или же зарежу его, если он не приведет ясного довода".
Ələddin Sultanov:
Onu şiddətli bir şəkildə cəzalandıracağam və ya kəsəcəyəm, yaxud da o mənə (olmamağının səbəbini göstərən) açıq bir dəlil gətirəcək!”
Kerbelayi Malik ağa:
Ona mütləq şiddətli əzab edəcəm və ya onun mütləq boğazını kəsəcəm. Ya da mənə qəti olaraq açıq-aşkar bir dəlil gətirsin.
Ələsgər Musayev:
Mən əzab edərəm onu şiddətli əzabla, ya kəsərəm onu, ya da o mənim yanıma aşkar sultanlıqla gələr».
A.Mehdiyev və D.Cəfərli:
«Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin».
Kövsər Tağıyev:
“Mənə açıq-aydın bir dəlil (üzürlü bir səbəb) gətirmədikcə, mütləq ya onu ağır bir şəkildə cəzalandıracağam, ya da boğazını üzəcəyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən ona şiddətli cəza verəcək, ya da onu kəsəcəyəm, yaxud da qoy o, mənə aşkar dəlil gətirsin (ki, niyə yoxdur)."
Sabirə Dünyamalıyeva:
Həqiqətən ona şiddətli bir əzab verəcək yaxud onun boğazını üzəcək/onu pərişan bir hala salacağam yaxud da o, mənə aşkar bir dəlil/güc gətirəcək" dedi.