Qəsəs Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” dedi.
Elmir Quliyev :
Муса (Моисей) покинул город, оглядываясь со страхом, и сказал: "Господи! Спаси меня от несправедливых людей!"
Ələddin Sultanov:
Beləcə, Musa qorxu içində ətrafa göz qoya-qoya oradan çıxıb belə dedi: “Ey Rəbbim, məni zalım qövmdən xilas et!”
Kerbelayi Malik ağa:
Beləcə oradan qorxuyla ətrafına baxa-baxa çıxdı: ‘Rəbbim, məni (bu) zalımlar qövmündən qurtar.’ dedi.
Ələsgər Musayev:
O xaric oldu oradan xoflu halda baxaraq. Dedi: «R?bbim, nicat ver m?n? zalim qoumdan!»
A.Mehdiyev və D.Cəfərli:
(Musa) qorxu vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver».
Kövsər Tağıyev:
Musa qorxu içində ətrafa baxa-baxa şəhərdən çıxdı və: “Ey Rəbbim! Məni bu zalım qövmdən xilas et”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, qorxu içərisində, ehtiyat edə-edə oradan çıxaraq: “Rəbbim, məni haqsız adamlardan xilas et!" - dedi.
Sabirə Dünyamalıyeva:
Sonra da Musa qorxa-qorxa, [ətrafını] yoxlaya-yoxlaya oradan çıxdı. "Ey Rəbbim! Məni şirk qoşaraq səhv, öz zərərinə olan əməli işləyənlər tayfasından xilas et!" dedi.