Ali-İmran Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!
Elmir Quliyev :
Тех, которые не веруют в знамения Аллаха, и убивают пророков, не имея на это никакого права, и убивают тех из людей, которые повелевают поступать справедливо, обрадуй мучительными страданиями.
Ələddin Sultanov:
Allahın ayələrini inkar edən, peyğəmbərləri haqsız yerə öldürən ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri, insanlardan ədalətlə əmr edənləri öldürənləri artıq ‘əlim əzab’ ilə müjdələ.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, Allahın ayətlərilə küfr edirlər qətl edirlər nəbiləri qeyri haqq ilə qətl edirlər insanlardan o kəsləri ki, insaf ilə əmr edirlər bəşarət ver onlara ələmli əzabla!
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n, Allah?n ay?l?rini inkar ed?nl?ri, peyg?mb?rl?ri nahaq yer? oldur?nl?ri v? camaat ic?risind?n ?dal?t? d?v?t ed?nl?ri q?tl? yetir?nl?ri agr?l? bir ?zabla mujd?l?.
Kövsər Tağıyev:
Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənlər, insanlardan ədaləti əmr edənləri öldürənlər ki var, onları ağrılı-acılı bir əzabla müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın ayələrinə inanmayanlara, haqsız olaraq peyğəmbərləri öldürənlərə, insanlar içərisindən ədalətə çağıranları öldürənlərə üzücü əzab xəbərini ver.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən insanlardan haqqaniyeti əmr edən kəslərin canına qəsd edən kimsələri sən dərhal şiddətli bir əzabla müjdələ!