Saffat Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onlara deyiləcək:) “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
Bünyadov-Məmmədəliyev:
(Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!”
Elmir Quliyev :
Это День различения, который вы считали ложью.
Ələddin Sultanov:
Bu, yalanladığınız (yaxşı ilə pisi) ayırd etmə günüdür.
Kerbelayi Malik ağa:
Bu yalanlamış olduğunuz ayırd etmə günüdür.
Ələsgər Musayev:
Bu gün müfəssəl etmə günüdür odur ki, siz onu yalan sayırdınız.
A.Mehdiyev və D.Cəfərli:
(Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) (yaxşıların pislərdən) ayrılması günüdür.
Kövsər Tağıyev:
Onlara: “Bax bu, inkar etdiyiniz hökm ayırd etmə günüdür”, deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara deyiləcək: “Bu, sizin yalan hesab etdiyiniz ayırd etmə günüdür."
Sabirə Dünyamalıyeva:
-"Bax bu, sizin yalan hesab etdiyiniz Ayırd etmə günüdür!"-