Casiyə Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? pis mühakimə yürüdürlər!
Bünyadov-Məmmədəliyev:
Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının ölümlərinin eyni olacağını güman edirlər?! Onlar pis mühakimə yürüdürlər! (Dünyada naz-nemət içində yaşayan kafirlər: “Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!” deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur).
Elmir Quliyev :
Неужели те, которые приобретали зло, полагали, что Мы полностью приравняем их к тем, которые уверовали и совершали праведные деяния, как при жизни, так и после смерти? Как же скверны их суждения!
Ələddin Sultanov:
Yoxsa pis işlər görənlər dünya həyatında ölümdən sonra onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn edirlər?! Onlar necə pis hökm verirlər!
Kerbelayi Malik ağa:
Yoxsa günah işləyənlər onları amənu olan (Allaha təslim olmağı diləyən) saleh əməllər işləyənlər (nəfsini islah edənlər) kimi bir tutacağımızı zənn edirlər? Onların həyatları ölümləri eynimi olacaq? Hökm verdikləri şey pisdir.
Ələsgər Musayev:
Yoxsa hesab etdilər o kəslər ki, icra etdilər pisliyi, Biz edəcəyik onları oxşar o kəslər kimi ki, inandılar əməli salehdirlər? Bərabərdirmi həyatları ölümləri onların? Pis hökm edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi həyat ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? pis mühakimə yürüdürlər!
Kövsər Tağıyev:
Yoxsa pislik edənlər onları iman edib yaxşı görənlərlə bir tutacağımızı, həyatlarının ölümlərinin bir olacağını zənn edirlər? pis hökm verirlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa pis əməllər törədənlər elə hesab edirlər ki, həyat ölümdə Biz onları iman gətirib əməlisaleh olanlarla eyni edəyəcəyik? Onlar pis mühakimə edirlər!
Sabirə Dünyamalıyeva:
Yoxsa pislik eləyən o kəslər, özlərini, həyatlarında ölümlərində, iman edən yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə tay tutacağımızı zənn edirlər? pis mühakimə yürüdürlər!