Əlixan Musayev:
Möminlərin imanda onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
Bünyadov-Məmmədəliyev:
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
Elmir Quliyev
:
Мы воссоединим верующих с их потомками, которые последовали за ними в вере, и нисколько не умалим их деяний. Каждый человек — заложник того, что он приобрел.
Ələddin Sultanov:
Möminlərin özlərindən sonra iman gətirən nəsillərini də onların yanına (cənnətə) qoyacağıq. Onların əməllərindən heç bir şeyi əskiltməyəcəyik. Hər kəs qazandığının (öz əməlinin) girovudur.
Kerbelayi Malik ağa:
(Allaha təslim olmağı diləyib) amənu olan nəsilləri də özlərinə iman ilə tabe olanların nəsillərini də özlərinə qoşacağıq. Onların əməllərindən bir şey azaltmadıq. Hər kəs qazandığına (dərəcələr) qarşılıq bir girovdur.
Ələsgər Musayev:
O
kəslər ki, inandılar və tabe oldu onlara zürriyyətləri imanla, Biz
gətirərik onların görüşünə zürriyyətini onların və əməllərindən
heç bir şeydən əskiltmərik. Külli kəs nə ilə ki, kəsb edib,
girovudur.
A.Mehdiyev və D.Cəfərli:
(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
Kövsər Tağıyev:
İman edənlər və nəsilləri də iman barəsində onların yoluna uyanlar ki var, biz onların nəsillərini özlərinə qatdıq. Bununla birlikdə onların əməllərindən heç bir şey əskiltmərik. Hər kəs qazandığı qarşılığında girovdur.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirən və imanda nəsilləri özlərinin ardınca gedənlər Biz onların nəsillərini özləri ilə qovuşdurduq və əməllərindən heç bir şeyi əskiltmədik. Hər kəs qazandığı şey qarşısında girovdur.
Sabirə Dünyamalıyeva:
Və iman edən, nəsilləri də imanla arxalarınca gedən kəslər ki var, Biz, onların nəsillərini də özlərinə qoşduq. Onların əməllərindən bir şey əskiltmədik. Hər kəs qazandığının girovudur.