Həşr Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.
Elmir Quliyev :
Если бы Мы ниспослали этот Коран горе, то ты увидел бы, как она смиренно раскалывается от страха перед Аллахом. Такие притчи Мы приводим людям для того, чтобы они поразмыслили.
Ələddin Sultanov:
Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.
Kerbelayi Malik ağa:
Əgər Biz bu Quranı, dağa nazil etsəydik, onu mütləq, Allahın qorxusundan huşu ilə boynunu bükmüş, parça-parça olmuş görərdin. İnsanlar üçün bu misalları veririk. Ola bilsin ki, beləcə onlar təfəkkür edərlər.
Ələsgər Musayev:
Əgər nazil etsəydik bu Qur’anı dağın üzərinə, onun Allahdan çəkinərək parça-parça olduğunu görərdin. Bu məsəlləri insanlar üçün vururuq, ola ki, fikirləşələr!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini parçalandığını görərdin. bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.
Kövsər Tağıyev:
Əgər biz bu Qur`anı bir dağa endirsəydik, əlbəttə, sən onun Allah qorxusundan başını əyərək parça-parça olduğunu görərdin. Budur misallar! Biz onları insanlara düşünsünlər deyə çəkirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz bu Quranı bir dağa endirmiş olsaydıq, onu [dağı] Allahın qorxusundan əyilmiş, parça-parça olmuş görərdik. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə bir düşünələr.
Sabirə Dünyamalıyeva:
Əgər Biz, bu Quranı bir dağa/çox iri cüssəli, məsuliyyət daşıyan bir varlığa nazil etsəydik, Allah qarşısında hörmət, məhəbbət elmlə ürpərməsi səbəbindən onun səmimiyyətlə ehtiram göstərdiyini, baş əydiyini parça-parça olduğunu görərdin. Biz, bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr.