Mülk Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə (haqdan) qaçmaqda davam edirlər.
Bünyadov-Məmmədəliyev:
Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər.
Elmir Quliyev :
Кто может наделить вас уделом, если Он перестанет наделять вас Своим уделом? Но они продолжают заноситься и убегать.
Ələddin Sultanov:
Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa (haqqa) nifrət etməyə davam edirlər.
Kerbelayi Malik ağa:
Ya da əgər (Allah) onun ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar həddi aşmaqda (haqqdan) uzaq olmaqda israrla davam etdilər.
Ələsgər Musayev:
Ə, kimdir o kəs ki, sizə ruzi versin, əgər qət edə O ruzisini? Bəli, onlar çirkinlikdə olaraq itaət etmirlər nifrətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Yaxud kimdir o kəs ki, Allah ruzisini sizdən əsirgəsə, sizə ruzi versin? (Haqq onlara gizli deyildir), əksinə (əslində onlar) asi olmaqda (haqdan) qaçmaqda inadkarlıq edirlər.
Kövsər Tağıyev:
Bəs Allah ruzisini kəssə, kim sizə ruzi verər? Xeyr, onlar azğınlıq nifrətdə inad edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud O, Öz ruzisini kəsərsə, sizə ruzi verən kim olar? Doğrusu, onlar təkəbbür nifrət girdabına düşüblər.
Sabirə Dünyamalıyeva:
Yaxu da Allah, ruzini kəssə, sizə ruzi verəcək kəs kimdir? Əslində onlar azğınlıq nifrətdə inadkarlıq edirlər.