Əlixan Musayev:
Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? (Bütün) işlər Allaha qaytarılacaqdır.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə (əzab mələkləri ilə) gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz ki, (bütün) işlər (axırda) Allaha qayıdacaqdır.
Elmir Quliyev
:
Неужели они ожидают чего-либо иного, кроме как того, что Аллах явится к ним вместе с ангелами, осененный облаками, и все будет решено? К Аллаху возвращаются дела.
Ələddin Sultanov:
Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır.
Kerbelayi Malik ağa:
Onlar Allahın və mələklərin onlara bulud kölgələri içərisində gəlməsini və əmrin (işin) bitirilməsini gözləyirlər? (Halbuki) bütün əmrlər (işlər) Allaha döndərilir.
Ələsgər Musayev:
Məgər gözləyirlər ancaq ki
gəlsin onlara Allah kölgəsində buludların və mələklər və
qəza olunsun əmr? Və Allaha tərəf müraciət edir əmrlər.
A.Mehdiyev və D.Cəfərli:
Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.
Kövsər Tağıyev:
Onlar (belə davranmaqla) bulud kölgələri içində Allahın (əzabının) və mələklərin onlara gəlməsini və işin bitməsinimi gözləyirlər? Halbuki bütün işlər Allaha döndərilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar bulud kölgələri içərisində Allahın (əmrinin) və mələklərin gəlməsindən və işin artıq bitməsindən başqa bir şeymi gözləyirlər ? Bütün işlər Allaha qayıdar.
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın bulud kölgələri içində gəlməsini, təbii güclərin [şüa, radiasiya və meteorların] gəlməsini və işin tamam olmasını gözləyirlərmi? Halbuki bütün işlər, yalnız Allaha qaytarılacaq.