Şüəra Surəsi 212. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
Bünyadov-Məmmədəliyev:
Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir.
Elmir Quliyev :
Они отстранены от прислушивания к нему.
Ələddin Sultanov:
Şübhəsiz ki, onlar (vəhyə) qulaq asmaqdan uzaqlaşdırılmışlar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar (vəhyi) eşitməkdən qəti olaraq kənarlaşdırılmış olanlardır.
Ələsgər Musayev:
Həqiqətən, onlar qulaq asmaqdan kənarlaşdırılıblar.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
Kövsər Tağıyev:
Çünki onlar (vəhyi) eşitməkdən uzaqlaşdırılmışlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı onlar (vəhyi) eşitməkdən kənar edilmişlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, onlar duyğudan/vəhydən tam yəqinliklə bilin ki, uzaq tutulmuşlardır.