Əlixan Musayev:
Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.
Elmir Quliyev
:
Они спрашивают тебя, что они должны расходовать. Скажи: "Любое добро, которое вы раздаете, должно достаться родителям, близким родственникам, сиротам, беднякам, путникам. Что бы вы ни сделали доброго, Аллах знает об этом".
Ələddin Sultanov:
Səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Malınızdan verəcəyiniz hər bir xeyir (sədəqə) ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz hər bir xeyirli işi biləndir.
Kerbelayi Malik ağa:
Səndən (Allah yolunda) nə infaq edəcəklərini soruşurlar. De ki: ‘Xeyir olaraq nə infaq etsəniz (Allah yolunda nə versəniz) o ana-ata, qohumlar, yetimlər, yoxsullar və (yolda qalmış) yolçular üçündür. Xeyir olaraq nə etsəniz, o təqdirdə şübhəsiz ki, Allah onu ən yaxşı biləndir.’
Ələsgər Musayev:
Sual edirlər sənə: «Nəyi infaq
etsinlər?» De: «Nə infaq etsəniz xeyirdən – valideynlər və
yaxınlar və yetimlər və miskinlər və yol oğlu üçündür». Nə
fəaliyyətdəsiniz xeyirdən, həqiqətən Allah onun ilə Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.
Kövsər Tağıyev:
Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De ki: “Xeyir olaraq nə xərclərsəniz, o, ata-ana, qohum-əqrəba, yetimlər, yoxsullar və yolda qalanlar üçündür. Xeyir olaraq nə etsəniz, həqiqətən, Allah onu haqqı ilə bilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səndən soruşarlar ki, (Allah yolunda) nə xərcləsinlər. De: "Xərcləyəcəyiniz mal valideynlər, qohum-əqraba, yetim, miskinlər və yolçular üçündür. Allah etdiyiniz xeyirxahlıqlardan xəbərdardır !"
Sabirə Dünyamalıyeva:
Onlar, nəyi Allah yolunda xərcləməli/verməli olduqlarını səndən soruşurlar. De ki: "Xeyirdən/maldan; zamandan, elmdən verdiyiniz şeylər/başqalarının ehtiyacını təmin etməyiniz ana-ata, ən yaxınlar, yetimlər, miskinlər və yolda qalanlar üçündür." Və nə xeyir işləsəniz, şübhəsiz ki, Allah onu ən yaxşı biləndir.