Əlixan Musayev:
Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.
Bünyadov-Məmmədəliyev:
(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.
Elmir Quliyev
:
Вам предписано сражаться, хотя это вам неприятно. Быть может, вам неприятно то, что есть благо для вас. И быть может, вы любите то, что есть зло для вас. Аллах знает, а вы не знаете.
Ələddin Sultanov:
Xoşunuza gəlməsə də, döyüş sizə fərz edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.
Kerbelayi Malik ağa:
Savaş sizin xoşunuza gəlməsə də üzərinizə fərz qılındı. Xoşlanmayacağınız bir şey olar ki, o sizin üçün bir xeyirdir. Sevəcəyiniz bir şey olar ki, o sizin üçün bir şərdir. (Bütün bunları) Allah bilər, siz bilməzsiniz.
Ələsgər Musayev:
Yazıldı üzərinizə sizin qətl və o kərahətlidir sizin
üçün Ola bilsin ki, kərahətlisiniz bir şeyə və o xeyirdir sizin
üçün. Və ola bilsin ki, sevirsiniz bir şeyi və o şərdir sizin
üçün. Və Allah bilir və siz bilmirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.
Kövsər Tağıyev:
Xoşunuza gəlmədiyi halda savaş sizə vacib buyuruldu. Ola bilər ki, bir şey sizin üçün xeyirli ikən, siz onu xoş qarşılamazsınız. Ola bilər ki, bir şey sizin üçün zərərli ikən, siz onu sevərsiniz. Allah bilər, siz bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Xoşunuza gəlməsə də, vuruşmaq sizə fərz qılınmışdır. Ola bilsin ki, bir şey sizin xeyirinizə olsa belə onu istəməyəsiniz. Ola bilsin ki, bir şey sizin zərərinizə olsa belə onu istəyəsiniz. Allah bilir, siz bilməzsiniz !
Sabirə Dünyamalıyeva:
Və müharibə sizin üçün xoş olmayan bir şey olsa da, sizə vacib bir iş olaraq verilmişdir. Ola bilər ki, sizin üçün xeyirli olan bir şeydən xoşunuz gəlməz. Yenə ola bilər ki, siz, sizin üçün pis, zərərli olan bir şeyi xoşlayarsınız. Və Allah bilir, siz bilməzsiniz.