Bəqərə Surəsi 218. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən də, iman gətirənlər, hicrət edənlər Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Воистину, те, которые уверовали, совершили переселение и сражались на пути Аллаха, надеются на милость Аллаха. А ведь Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Həqiqətən, iman gətirənlər hicrət edib Allah yolunda cihad edənlər Allahın mərhəmətini ümid edirlər. Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar hicrət edənlər Allah yolunda cihad edənlər Allahın rəhmətini diləyərlər. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanırlar o kəslər ki, hicrət ediblər cihad edirlər yolunda Allahın həmin onlardır ümid edirlər rəhmətinə Allahın Allah ĞəfurdurRəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən (həm) iman gətirmiş kəslər (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
İman edənlər, hicrət edənlər, Allah yolunda cihad edənlər, şübhəsiz ki, Allahın rəhmətinə ümid edərlər. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, iman gətirənlər, Allah yolunda hicrət edənlər vuruşanlar onlar Allahın mərhəmətini umarlar. Allah isə bağışlayandır, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, iman edən kəslər, öz yurdlarından başqa yurtlara köçən kəslər Allah yolunda səy göstərən kəslər, Allahın mərhəmətinə ümid bəsləyirlər. Allah çox bağışlayandır, çox rəhm edəndir.