Əlixan Musayev:
Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.
Elmir Quliyev
:
Они спрашивают тебя об опьяняющих напитках и азартных играх. Скажи: "В них есть большой грех, но есть и польза для людей, хотя греха в них больше, чем пользы". Они спрашивают тебя, что они должны расходовать. Скажи: "Излишек". Так Аллах разъясняет вам знамения, — быть может, вы поразмыслите
Ələddin Sultanov:
Səndən içki və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz.
Kerbelayi Malik ağa:
Səndən şərab və qumar barəsində soruşurlar. De ki: ‘O ikisində də həm böyük günah, həm də insanlar üçün (bəzi) faydalar vardır. (Lakin) onların günahları faydalarından daha böyükdür.’ Səndən (Allah üçün) nəyi infaq edəcəklərini (verəcəklərini) soruşurlar. De ki: ‘Əfv etdiklərinizi (vaz keçdiklərinizi, ehtiyacınızdan artıq qalanı infaq edin).’ Allah ayələri sizə belə açıqlayır. Ümid edilir ki, beləcə siz təfəkkür edərsiniz (bunlardakı hikmətləri düşünərsiniz).
Ələsgər Musayev:
Sual edirlər sənə çaxırdan və
meysirdən. De: «Onların ikisində günah böyükdür və mənfəət
insanlar üçün. Günahı ikisinin böyükdür mənfəətindən
ikisinin». Sual edirlər sənə nəyi infaq etsinlər. De: «Əfvi!» Belə
bəyan edir Allah sizin üçün ayətləri, ola ki, düşünəsiniz
A.Mehdiyev və D.Cəfərli:
Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz,
Kövsər Tağıyev:
Səndən içki və qumarı soruşurlar. De ki: “Onlarda həm böyük günah, həm də insanlar üçün (bəzi zahiri) mənfəətlər var. Amma günahları mənfəətlərindən böyükdür”. Həmçinin səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De ki: “Ehtiyacdan artıq qalanı”. Allah sizə ayələri belə açıqlayır ki, düşünəsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sizdən şərab və qumar barəsində soruşarlar. De: "İkisində də insanlar üçün böyük günah və bəzi mənfəətlər vardır. Onlardakı günah mənfəətdən daha böyükdür. "Səndən soruşsalar ki, (maldan) nəyi xərcləyə bilərlər, de: "Artıq qalanı." Allah ayələri sizə belə aydınlaşdırır ki, bəlkə bir düşünəsiniz
Sabirə Dünyamalıyeva:
Sana aklı karıştıran, örten şeylerden/aklı örtmekten ve şans oyunlarından soruyorlar. De ki: "Bu ikisinde büyük bir zaman kaybına neden olma/hayırda ağırda alma/zarar verme/kusur oluşturma, bir de insanlar için bazı menfaatler vardır. Zaman kaybına neden olma/hayırda ağırda alma/zarar verme/kusur oluşturma durumu, menfaatlerinden daha büyüktür." Yenə səndən, nəyi Allah yolunda xərcləmələri olduqlarını soruşurlar. De ki: "Ehtiyacınızdan artığını xərcləyin." Allah, yaxşı-yaxşı düşünəsiniz deyə ayələrini bax belə sizin üçün izah edir.