Yunus Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi quruda dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apar­­dığı onlar buna sevindikləri zaman birdən fırtına qopar dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”.
Bünyadov-Məmmədəliyev:
Sizi suda quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
Elmir Quliyev :
Он Тот, Кто предоставил вам возможность путешествовать по суше и по морю. Вы путешествуете на кораблях, плывущих вместе с ними при благоприятном ветре, которому они рады. Но вдруг подует ураганный ветер, и волны подступят к ним со всех сторон. Они решат, что они окружены, и станут взывать к Аллаху, очищая перед Ним веру: "Если Ты спасешь нас отсюда, то мы будем одними из благодарных!"
Ələddin Sultanov:
Sizi quruda dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
Kerbelayi Malik ağa:
Quruda dənizdə sizi gəzdirən Odur. Hətta siz gəmilərdə idiniz xoş bir külək ilə içindəkilərlə (dənizdə gəmilər) üzürdülər. Onunla fərəhlənirdilər (sevincli idilər). Ona fırtınalı bir külək gəldi onları hər tərəfdən dalğalar bürüdü. Onlarla əhatə edildiklərini zənn etdilər. Dini ona məxsus edərək ixlasla Allaha dua etdilər: ‘Əgər bizi bundan qurtarsan, biz mütləq şükür edənlərdən olarıq.’
Ələsgər Musayev:
O Odur ki, sizi quruda dəryada seyr etdirir. Ta onda ki, gəmidəsiniz onlar hərəkət edirlər mülayim yel ilə fərəhlənirlər onun ilə. Gəldi ona külək fırtınalı gəldi onlara dalğalar külli məkandan zənn etdilər ki, əhətəlidirlər onlarla. Çağırırlar Allahı, məxlus edərək Onun üçün dini: «Əgər bizə bundan nicat verəsən, Sənə şükr edənlərdən olarıq».
A.Mehdiyev və D.Cəfərli:
Sizi quruda dənizdə gəzdirən Odur. Nəhayət, siz gəmilərdə olan gəmilər öz sərnişinlərini xoş mülayim bir küləyin vasitəsilə hərəkət etdirən onlar ondan xoşhal olduqları zaman, (birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar onlar (dalğaların bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman etiqadda saf niyyətlə Allahı çağırarlar ki: «Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükr edənlərdən olacağıq.»
Kövsər Tağıyev:
O, sizi quruda dənizdə gəzdirəndir. Gəmilərlə dənizə üz tutduğunuz içindəkilərlə birlikdə gəmilərinizin əlverişli bir küləklə irəlilədiyi, gəmidəkilərin bununla sevindikləri bir vaxt şiddətli bir fırtına onu haqlayar hər tərəfdən dalğalar onlara hücum edər. Dalğaların arasında qaldıqlarını (dənizdə qərq olub boğulacaqlarını) başa düşdükdə dini Allaha məxsus edərək: “And olsun, əgər bizi bundan xilas etsən mütləq şükür edənlərdən olacağıq”, deyə Allaha yalvararlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Quruda da, dənizdə sizə hərəkət verən Odur. Siz gəmidə olarkən gəmilər onları [içindəki adamları] xoş bir küləklə apararkən onlar buna sevinən zaman şiddətli tufan qoparaq onların üstünə hər tərəfdən dalğalar gəldi onlar elə zənn etdilər ki, artıq işləri bitmişdir. Onda onlar imanda Allaha sədaqət göstərərək Onu çağırdılar: "Əgər bizi bundan xilas etsən, şükr edənlərdən olarıq".
Sabirə Dünyamalıyeva:
Allah, sizi quruda dənizdə gəzdirəndir. Gəmilərə mindiyiniz vaxt, gəmilər öz içindəkiləri xoş bir külək vasitəsilə aparır. Sərnişinlər sevindikləri vaxt, şiddətli bir fırtına gəlib çatar, dalğalar hər tərəfdən gələr. onlar, hər tərəfdən əhatə olunduqlarını dərk etdikdə, dini Allah üçün pak tutanlar kimi Ona dua edərlər: "Bizi bundan xilas etsən, heç şübhəsiz, əvəzini ödəyənlərdən olarıq."