Əlixan Musayev:
(Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Bünyadov-Məmmədəliyev:
(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!
Elmir Quliyev
:
Когда Йусуф (Иосиф) достиг зрелого возраста, Мы даровали ему умение принимать решения и знание. Так Мы вознаграждаем творящих добро.
Ələddin Sultanov:
Yusif yetkinlik yaşına çatdığı zaman ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
Kerbelayi Malik ağa:
Ən qüvvətli çağına gəldiyi zaman ona hökm (hikmət) və elm verdik. Muhsinləri belə mükafatlandırarıq.
Ələsgər Musayev:
Amma elə ki, Yusif
rəşd həddinə yetişdi, əta etdik ona hikmət və elm. Biz yaxşılara
belə cəza veririk!
A.Mehdiyev və D.Cəfərli:
O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Kövsər Tağıyev:
Yetkinlik yaşına çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
O, kamala çatanda Biz ona (sağlam) mühakimə yürütmək (qabiliyyəti) və bilik verdik. Biz yaxşı iş tutanları belə mükafatlandırırıq!
Sabirə Dünyamalıyeva:
Və Yusif, tam yetkinlik çağına gəlincə, ona elm və hökm verdik. Və Biz, yaxşı işlər görənlərə bax belə cavab verərik.