İsra Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa zəlil tənha qalarsan.
Bünyadov-Məmmədəliyev:
Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!
Elmir Quliyev :
Не поклоняйся наряду с Аллахом никакому другому богу, а не то сядешь униженным и покинутым.
Ələddin Sultanov:
Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış köməksiz bir halda oturub qalarsan.
Kerbelayi Malik ağa:
Allah ilə bərabər başqa bir ilah qəbul etmə! O zaman məzəmmət edilmiş (qınanmış) tərk edilmiş olaraq qalarsan.
Ələsgər Musayev:
Etmə Allahla birlikdə axır ilahi ki, məzəmmət olunmuş, unudulmuş olarsan!
A.Mehdiyev və D.Cəfərli:
Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin saleh insanların yanında) qınanmış (Allahın yanında) məzəmmət olunmuş, xar köməksiz düşüb qalarsan.
Kövsər Tağıyev:
Allahla yanaşı başqa bir tanrı tutma, yoxsa qınanmış yalnızlığa atılmış olaraq qalarsan.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla heç bir tanrını bərabər tutma, yoxsa həqir köməksiz vəziyyətdə qalarsan.
Sabirə Dünyamalıyeva:
Allah ilə yanaşı başqa bir məbud qəbul etmə/tanıma! Yoxsa qınanmış tək başına oturub qalarsan.