Kəhf Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bəziləri:) “(Onlar) üçdür, dördüncüsü köpəkləridir!”– deyəcəklər. (Digərləri isə) “(Onlar) beşdir, altıncısı köpəkləridir!”– deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!
Bünyadov-Məmmədəliyev:
(Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” - deyəcəklər. Bəziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” deyəcəklər. Digərləri (möminlər) isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” söyləyəcəklər. (Ya Rəsulum!) De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!” (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Quranda olanlarla kifayətlənib çox dərinə getmə) (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!
Elmir Quliyev :
Одни говорят, что их было трое, а четвертой была собака. Другие говорят, что их было пятеро, а шестой была собака. Так они пытаются угадать сокровенное. А другие говорят, что их было семеро, а восьмой была собака. Скажи: "Моему Господу лучше знать об их числе. Это неизвестно никому, кроме немногих". Препирайся относительно них только открыто и никого из них не спрашивай о них.
Ələddin Sultanov:
(İnsanlardan bəziləri): “Onlar üç nəfər idilər, dördüncüsü itləri idi”, - deyəcəklər. (Bəziləri də) qeyb (onların sayı) barəsində fikir yürüdərək: “Beş nəfər idilər, altıncısı da itləri idi”, - deyəcəklər. (Digərləri isə:) “Yeddi nəfər idilər, səkkizincisi isə itləri idi”, - deyəcəklər. De ki: “Onların sayını ən yaxşı Rəbbim bilir. Onlar haqqında məlumatı olanlar çox azdır”. Ona görə açıq-aydın dəlillər istisna olmaqla, onlar barəsində mübahisəyə girişmə onların (kitab əhlinin) heç birindən onlar haqqında soruşma!
Kerbelayi Malik ağa:
Qeybi daşlayaraq (bilmədən təxmin edərək) deyəcəklər ki: ‘(Onların sayı) üçdür, dördüncü onların itidir.’ ’Beşdir, altıncı onların itidir.’ deyəcəklər. ‘Yeddidir, səkkizinci onların itidir.’ deyəcəklər. De ki: ‘Onların sayını ən yaxşı Allah bilir. Çox azı istisna olmaqla, onlar bilməzlər.’ Onlar haqqında zahir olandan (bilinəndən) başqasıyla mübahisə etmə! Onlar haqqında onlardan bir şey soruşma (açıqlama istəmə)!
Ələsgər Musayev:
Deyəcəklər:«Onlar üçdür, dördüncüsü itləridir!» deyəcəklər: «Onlar beşdir, altıncısı itləridir!» - qeybə müraciət edərək deyərlər: «Onlar yeddidir səkkizincisi itləridir!». De: «Rəbbim onların sayını yaxşı bilir bunu onlardan az bir hissəsi bilir». Bəs onlarla mübahisə et ancaq zahir işdə onların barəsində onlardan heç bir kəsdən sual etmə.
A.Mehdiyev və D.Cəfərli:
Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! deyəcəklər: «Yeddi nəfərdirlər səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə onların barəsində yalnız (Qur’anın bəyan etdiyi miqdar çərçivədə) zahiri söhbətlə mübahisə et onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Bəziləri bilmədikləri şey haqqında ağlına gələni danışaraq: “Onlar üç nəfərdir, dördüncüsü köpəkləridir”, deyəcəklər. Yenə (bəziləri:) “Onlar beş nəfərdilər, altıncısı köpəkləridir”, deyəcəklər. Belə deyəcəklər: “Yeddi nəfərdilər, səkkizincisi köpəkləridir”. De ki: “Onların sayını Rəbbim daha yaxşı bilir”. Əslində isə onları çox az kimsə bilir. Elə isə onlar haqqında (Qur`anda) açıq-aydın bildirilənlər(i nəql etmək)dən başqa mübahisəyə girmə bunlar haqqında onların heç birindən heç bir şey soruşma.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [Kitab əhli] qeyb barəsində ehtimallar quraraq deyəcəklər "Üçdürlər, dördüncüsü onların itidir" deyəcəklər. "Beşdirlər, altıncısı onların itidir" deyəcəklər: "Yeddidirlər, səkkizinci onların itidir". De: "Mənim Rəbbim onların sayını daha yaxşı bilir." Bunu ancaq az-az adam bilir." (Nazil etdiyimiz dəlillərlə) onlar barəsində açıq-aydın mübahisəyə gir bunların [Kitab əhlinin] heç birindən onlar [mağara əhli] haqqında soruşma.
Sabirə Dünyamalıyeva:
Onlar, üç nəfərdir, dördüncüsü köpəkləridir deyəcəklər. Onlar kimsəsiz yerə daş atan kimi [səhv, əsassız, uydurma söz deyən kimi], "Beş nəfərdir, altıncısı köpəkləridir" deyəcəklər, "Onlar yeddi nəfərdir, səkkizincisi köpəkləridir" onlar, "De ki: "Onların sayını Rəbbim daha yaxşı bilir." Onları çox az kimsə bilir. Bu səbəblə onlar haqqında meydanda olan şeydən başqası barədə bir mübahisəyə girişmə bunlar haqqında onların heç birindən bir şey soruşma!