Əlixan Musayev:
O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın.
Bünyadov-Məmmədəliyev:
O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!
Elmir Quliyev
:
Он сделал для вас землю ложем, а небо — кровлей, низвел с неба воду и взрастил ею плоды для вашего пропитания. Посему никого не равняйте с Аллахом сознательно.
Ələddin Sultanov:
O Allah sizin üçün yer üzünü döşədi, göyü də tavan olaraq yaratdı. O, göydən yağış endirdi və onunla sizin üçün ruzi olan müxtəlif meyvələr yetişdirdi. Elə isə, bilə-bilə Allaha şərik qoşmayın!
Kerbelayi Malik ağa:
O (Allah) ki, yer üzünü sizin üçün döşək və göyü tavan etdi. Göydən su endirdi. Beləcə onunla məhsullardan sizin üçün ruzi yetişdirdi. Elə isə bilə-bilə Allaha şərik qoşmayın.
Ələsgər Musayev:
Odur ki etdi sizin üçün ərzi döşək və səmanı
bina və nazil etdi səmadan su və xaric etdi onunla
səməratlardan ruzi sizin üçün. Və etməyin Allah üçün tay və bir
halda ki, siz bilirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.
Kövsər Tağıyev:
O, yeri sizin üçün döşək, göyü də tavan edən, göydən su endirib onunla sizə ruzi olaraq müxtəlif məhsullar çıxarandır. Elə isə siz də bilə-bilə Allaha şəriklər qoşmayın.
M.Qənioğlu və T.Bilaloğlu:
O ki yer üzünü sizin üçün döşəmə, göyü isə tavan etdi, səmadan su endirərək, onunla sizin üçün məhsullardan ruzi yetirdi. Siz də (heç nəyi) Allaha tay tutmayın. Axı siz bunu bilirsiniz !
Sabirə Dünyamalıyeva:
yer üzünü sizin üçün bir döşək, göyü də bir bina edən, göydən su endirib onunla sizin üçün ruzi olaraq məhsul çıxaran Rəbbinizə bəndəlik edin. Artıq siz də bilə-bilə Allaha şəriklər qoşmayın.