Əlixan Musayev:
Əlini qoynuna sal ki, (əlin oradan) başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.
Bünyadov-Məmmədəliyev:
Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın).
Elmir Quliyev
:
Прижми свою руку к боку, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Вот тебе еще одно знамение!
Ələddin Sultanov:
Bir də, əlini qoltuğunun altına sal ki, başqa bir möcüzə olaraq (əlin) qüsursuz bir şəkildə ağappaq çıxsın!
Kerbelayi Malik ağa:
Əlini qoynuna qoy. Başqa bir möcüzə olaraq ləkəsiz və ağappaq olaraq çıxar.
Ələsgər Musayev:
Sal əlini qoltuğuna, başqa bir
ayət olaraq xaric olsun eyibsiz-qüsursuz bəyaz şəkildə ki,
A.Mehdiyev və D.Cəfərli:
Əlini qoltuğunun altına qoy (və çıxar), onda heç bir qüsur olmadan digər bir nişanə və möcüzə olaraq ağ və nurlu çıxsın.
Kövsər Tağıyev:
əlini qoynuna sal ki, bir başqa möcüzə olaraq bir xəstəlik səbəbi olmadan ağappaq bir halda çıxsın
M.Qənioğlu və T.Bilaloğlu:
Əlini qoltuğunun altına qoy, çıxartdıqda o, bir möcüzə olaraq ləkəsiz dümağ olacaqdır.
Sabirə Dünyamalıyeva:
Digər bir əlamət; nişanə olaraq da gücünü/qanadını əlavə et, çirkinlik olmadan heç qüsursuz, kamil bir halda çıxacaqsan" dedi.