Əlixan Musayev:
Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”(– deyiləcəkdir.)
Bünyadov-Məmmədəliyev:
(Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər).
Elmir Quliyev
:
Каждый раз, когда они захотят выбраться оттуда и избавиться от печали, их вернут обратно. Вкусите мучения от обжигающего огня!
Ələddin Sultanov:
Çəkdikləri iztiraba görə hər dəfə oradan çıxmaq istədiklərində, təkrar ora qaytarılarlar və (onlara belə deyilər): “Dadın yandırıb-yaxan əzabı!”
Kerbelayi Malik ağa:
Nə vaxt qəmdən (qurtulmaq üçün) oradan çıxmaq istədiklərində oraya (geri) qaytarılarlar. (Onlara): ‘Yandırıcı əzabı dadın!’ (deyilir).
Ələsgər Musayev:
Külli nə ki, iradə edələr ki, xaric olalar
ondan – qəmdən, onları qaytarılarlar ora və: «Dadın ələmli
əzabı!»
A.Mehdiyev və D.Cəfərli:
Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!
Kövsər Tağıyev:
Nə zaman cəhənnəmdən, o iztirabdan çıxmaq istəsələr, oraya geri qaytarılar və onlara: “Dadın atəşin əzabını”, – deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar hər dəfə iztiraba görə oradan çıxmaq istəyəndə yenə oraya qaytarılacaqlar: "Atəş əzabını dadın!" - deyiləcək.
Sabirə Dünyamalıyeva:
Qəm-qüssənin [çoxluğundan] ötrü oradan nə vaxt çıxmaq istəsələr, ora qaytarılarlar və [onlara]: "Yandırıcı əzabı dadın!" [deyilər].