Nur Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy aranızda olan fəzilət sərvət sahibləri qohumlara, miskinlərə Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Aranızda olan fəzilət sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Пусть обладающие достоинствами и достатком среди вас не клянутся, что не будут помогать родственникам, беднякам и переселенцам на пути Аллаха. Пусть они простят и будут снисходительны. Разве вы не желаете, чтобы Аллах простил вас? Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
İçinizdən fəzilət sərvət sahibləri qohumlara, yoxsullara Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (Həzrət Aişəyə iftira atanlardan biri məhz Həzrət Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra Həzrət Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi. Təfsirçilərə görə, yuxarıdakı ayə həm Həzrət Əbu Bəkrin fəzilətinə işarə edir, həm ona digər möminlərə etdikləri yardımları kəsməmələrini tövsiyə edir.)
Kerbelayi Malik ağa:
Sizdən fəzilət sərvət sahibi olanlar yaxınlarına, miskinlərə, Allah yolunda hicrət edənlərə verməməyə and içməsinlər. Artıq bağışlasınlar (təqsirlərindən) keçsinlər. Allahın sizi bağışlamasını sevməzsinizmi? Allah Ğafurdur (məğfirət edəndir) Rəhimdir.
Ələsgər Musayev:
Sizlərdən fəzilət sərvət sahibləri, yaxınlara miskinlərə Allah yolunda hicrət edənlərə əta etməkdən əl çəkməsinlər. Gərək onları bağışlayıb güzəştə getsinlər. Ə, istəmirsiz ki, Allah da sizi bağışlasın? Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizin maddi baxımdan üstün dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil kobud olmalarını) əfv etsinlər (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Aranızdan fəzilət sərvət sahibi olan kimsələr yaxınlara, miskinlərə Allah yolunda hicrət edənlərə (öz mallarından heç bir şey) verməyəcəklərinə and içməsinlər. Əfv etsinlər, vaz keçib xoş rəftar etsinlər. Allahın sizi bağışlamasını istəməzsinizmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy sizlərdən fəzilət sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə Allah yolunda hicrət edənlərə (böhtan atdıqlarına görə) bir şey verməyəcəklərinə and içməsinlər. Qoy (onları) əvf edib bağışlasınlar. Məgər siz Allahın da sizi bağışlamasını diləmirsiniz? Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
sizdən üstünlük genlik [rifah] sahibi olan kəslər qohum-əqrabaya, miskinlərə Allah yolunda hicrət edənlərə [heç bir şey] verməyəcəklərinə and içməsinlər; bağışlasınlar, əfv etsinlər. Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan çox bağışlayandır, dərin mərhəmət sahibidir.