Əlixan Musayev:
Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Mələklər )deyəcəklər: “(Cənnətə girməyiniz) qadağandır, qadağan!”
Bünyadov-Məmmədəliyev:
Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) “(Sizə şad xəbər eşitmək) haramdır!” – deyərlər.
Elmir Quliyev
:
В тот день, когда они увидят ангелов, для грешников не будет никакой благой вести, и ангелы скажут: "Вот преграда непреодолимая!"
Ələddin Sultanov:
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
O gün mələkləri görəcəklər. İzn günü günahkarlara müjdə yoxdur. (Mələklər onlara): ‘(Sizə müjdə) yasaq edilərək haram qılınmışdır.’ deyəcəklər.
Ələsgər Musayev:
O gün ki, görəcəklər mələkləri, o gün cərimə olunmuşlar üçün bəşarət olmayacaq və deyəcəklər: «Məhcər pozulmaz məhcərdir!»
A.Mehdiyev və D.Cəfərli:
Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»
Kövsər Tağıyev:
Amma mələkləri görəcəkləri gün, məhz o gün günahkarlar üçün heç bir müjdə yoxdur. “Biz Allahın rəhmətindən tamamilə uzaqlaşdırılmışıq” – deyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar mələkləri görəcəkləri gün - o gündə günahkarlar üçün (cənnət) müjdəsi olmayacaqdır və onlar [mələklər] deyəcəklər "Bu, [müjdə] sizə qəti qadağandır."
Sabirə Dünyamalıyeva:
Mələkləri görəcəkləri gün; bax o gün günahkarlara heç bir müjdə; sevindirici xəbər olmayacaq. Və qovuşmağı ümid etməyən o kəslər "Qadağan edildi, qadağan!" deyəcəklər.