Əlixan Musayev:
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!
Elmir Quliyev
:
Среди Его знамений — сотворение небес и земли и различие ваших языков и цветов. Воистину, в этом — знамения для обладающих знанием.
Ələddin Sultanov:
Göylərin və yerin yaradılışı da, dillərinizin və rənglərinizin müxtəlif olması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda bilənlər (elm sahibləri) üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir ki, göyləri və yeri yaratmışdır, dilləriniz və rəngləriniz (bir-birindən) fərqlidir. Şübhəsiz ki, bunda alimlər üçün mütləq ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Onun ayətindəndir səmaların və
ərzin xəlq olunması və dillərinizin və rənglərinizin müxtəlifliyi.
Həqiqətən, bunda ayətlər var alimlər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
Kövsər Tağıyev:
Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin fərqli olması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin müxtəlifliyi Onun dəlillərindəndir. Həqiqətən, bilənlər üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Yenə göylərin və yerin əmələ gətirilməsi, dillərinizin və rənglərinizin müxtəlifliyi Onun əlamətlərindən/işarətlərindəndir. Şübhəsiz ki, bunda alimlər üçün nə qədər işarətlər/nişanələr var.