Sad Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə bizə düz yolu göstər!
Bünyadov-Məmmədəliyev:
Onlar Davudun yanına gəldikdə (Davud) onlardan (məbədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) bizə doğru yolu göstər!”
Elmir Quliyev :
Они вошли к Давуду (Давиду), и он испугался их. Они сказали: "Не бойся, мы двое тяжущихся. Один из нас поступил несправедливо по отношению к другому. Рассуди же между нами по справедливости, не будь несправедлив и укажи нам на верный путь.
Ələddin Sultanov:
Davudun yanına daxil olduqları zaman Davud onlardan qorxmuşdu. Onlar belə dedilər: “Qorxma! Biz aramızda mübahisə olan iki iddiaçıyıq. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə bizə doğru yolu göstər!
Kerbelayi Malik ağa:
Davudun (ə.s) yanına gəldikləri zaman (Davud ə.s) onlardan qorxdu. ‘Qorxma! Bir-birinə haqsızlıq etmiş iki şikayətçiyik. Artıq aramızda sən haqq ilə hökm et. Haqsızlıq etmə! Bizi orta yola gətir (ədalətlə hökm et).’
Ələsgər Musayev:
Sübhandır Rəbbin sənin izzət sahibi olan Rəbbin nədən ki, vəsf edirlər!
A.Mehdiyev və D.Cəfərli:
O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma bizi doğru yola istiqamətləndir.
Kövsər Tağıyev:
Biz Davudun mülkünü gücləndirdik, ona hikmət haqla batili ayırd edən söz (hökm vermə) qabiliyyəti verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlar Davudun yanına daxil oldular. O, onlardan qorxdu. Onlar dedilər "Qorxma, (biz) iki münaqişəçiyik - birimiz digərinə qarşı şər işlədib. Aramızda haqq ilə hökm ver, ədalətsizlik etmə bizi düz yola çıxart.
Sabirə Dünyamalıyeva:
Davudun yanına daxil olduqları vaxt, o, onlardan qorxmuşdu. Ona, "Qorxma! Biz iki iddiaçıyıq. Hansımızsa hansımıza haqsızlıq etdik. İndi sən bizim aramızda ədalətlə qərar ver, haqsızlıq etmə bizi doğru yolun ortasına istiqamətləndir." dedilər.