Mömin Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.
Bünyadov-Məmmədəliyev:
Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!
Elmir Quliyev :
Это произошло потому, что они не веровали, когда их посланники приходили к ним с ясными знамениями. Аллах схватил их, ведь Он Всесильный, Суровый в наказании.
Ələddin Sultanov:
Bu ona görə idi ki, peyğəmbərləri özlərinə açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə Allah onları (əzabla) yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir, cəzası şiddətlidir.
Kerbelayi Malik ağa:
Bu, onlara rəsullar bəyyinələrlə gəlmiş olduğu halda inkar etmələri səbəbiylədir. Beləcə Allah onları yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir cəzası şiddətlidir.
Ələsgər Musayev:
Bu, ona görədir ki, gəldi onlara rəsulları bəyanatlarla, onlar isə kafir oldular. Tutdu onları Allah. Həqiqətən, O Qəvidir, şiddətlidir iqaba!
A.Mehdiyev və D.Cəfərli:
Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli ağır cəza verəndir.
Kövsər Tağıyev:
Bunun səbəbi bu idi: Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirirdilər, onlar isə inkar edirdilər. Bu səbəblə Allah onları yaxaladı. Şübhəsiz, O, güclüdür, cəzası da çox şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Çünki onların peyğəmbərləri onlara aydın dəlillər gətirirdi, onlar isə inkar edirdilər. Buna görə Allah onları yaxaladı. Axı O, qüvvətlidir, cəzada şiddətlidir.
Sabirə Dünyamalıyeva:
Bax, bunun səbəbi budur: Onlara elçiləri açıq-aşkar dəlillərlə gəlirdilər, ancaq onlar küfr işlədilər; inanmadılar. Belə olduqda, Allah da onları məhv etdi. Şübhəsiz ki, O, güclüdür, [Onun] cəzası çox şiddətlidir.