Əlixan Musayev:
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından (çəkinib) gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.
Bünyadov-Məmmədəliyev:
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.
Elmir Quliyev
:
Вы не укрывались от свидетельств вашего слуха, ваших взоров и вашей кожи. Но вы предполагали, что Аллах не знает многого из того, что вы совершали.
Ələddin Sultanov:
Halbuki siz nə qulaqlarınızın, nə gözlərinizin, nə də dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə, Allahın sizin əməllərinizin çoxundan bixəbər olduğunu zənn edirdiniz.
Kerbelayi Malik ağa:
Qulaqlarınızın, gözlərinin və dərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Lakin etdiklərinizdən çoxunu Allahın bilmədiyini zənn edirdiniz.
Ələsgər Musayev:
Siz gizlənə bilmədiniz ki,
şəhadət verməsinlər əleyhinizə sizin eşitmələriniz və
bəsirətləriniz və cildləriniz və lakin zənn etdiniz ki, Allah
bilmir əksəriyyətini nədən ki, əməl edirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz.
Kövsər Tağıyev:
“Siz (günah işlərkən) qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik etməsindən çəkinmirdiniz. Etdiklərinizin çoxunu Allahın bilmədiyini zənn edirdiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz qulağınızın, gözlərinizin və dərilrinizin sizin zərərinizə (əməllərinizə) şahid omalarını gizlədə bilmirdiniz. Əksinə, elə zənn edirdiniz ki, Allah tutduğunuz əməllərin çoxunu bilmir.
Sabirə Dünyamalıyeva:
Siz, eşitmə, görmə duyğularınızın və dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən qoxub çəkinmirdiniz. Lakin etdiklərinizdən bir çoxunu Allahın bilməyəcəyinə inanırdınız. Sizin bu inancınız;