Əlixan Musayev:
Zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında (məskunlaşacaqlar). Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!
Elmir Quliyev
:
Ты увидишь, как беззаконники будут трепетать от того, что они приобрели, когда это падет на них. А те, которые уверовали и совершали праведные деяния, пребудут в Райских садах. Им уготовано у их Господа все, что они пожелают. Это и есть великая милость.
Ələddin Sultanov:
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur.
Kerbelayi Malik ağa:
Zalımların qazandıqlarından dolayı qorxmuş olduqlarını görərsən. Qorxduqları şey onların başlarına gələcəkdir. Amənu olanlar və əməli salihat (nəfsi islahedici əməl) işləyənlər cənnət bağçalarındadırlar. Onlar üçün Rəblərinin dərgahında dilədikləri hər şey vardır. Bu fəzlul kəbirdir (böyük fəzl).
Ələsgər Musayev:
Görürsən zalimlər titrəyirlər nə ki, kəsb
etdiklərindən və o vaqiə olanda onlara. O kəslər ki, inanırlar və
əməli salehdirlər, gülüstanındadırlar cənnətin – onlar üçün nə
istəsələr vardır Rəbləri yanında. Budur o böyük fəzl!
A.Mehdiyev və D.Cəfərli:
(Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
Kövsər Tağıyev:
Zalımların etdikləri şeylər başlarına gələrkən qorxu ilə titrədiklərini görəcəksən. İman edib faydalı işlər görənlər isə cənnət bağçalarındadırlar. Onlar üçün Rəbləri qatında istədikləri hər şey var. Bax bu, böyük lütfdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən haqsızların qazandıqlan (günahların cəzasından) necə qorxduqlarını görürsən. Bu isə mütləq başlarına gələsidir. İman gətirib əməlisaleh olanlar isə cənnət gülüstanları içərisindədirlər. Öz Rəbbi dərgahında onlar üçün istədikləri şeylər vardır. Bu, böyük lütfdür!
Sabirə Dünyamalıyeva:
Özlərinə vaqe olduğunda, qazandıqları şeylərə görə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanların ürkdüklərini görərsən. İman etmiş, düzəltmək yönündə işlər edənlər isə cənnətlərin bağçalarındadırlar. Rəbbinin yanında, onlar üçün istədikləri şeylər vardır. Bax budur, bu, böyük ərməğanın məhz özüdür.