Hədid Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yer üzündə baş verən sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyənedilmiş)olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Bünyadov-Məmmədəliyev:
Yer üzündə baş verən sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!
Elmir Quliyev :
Любое несчастье, которое происходит на земле и с вами самими, записано в Писании еще до того, как Мы сотворили его. Воистину, это для Аллаха легко.
Ələddin Sultanov:
Yer üzündə baş verən sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır.
Kerbelayi Malik ağa:
Yer üzündə öz nəfslərinizdə başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl kitabda yazılmamış olsun. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Ələsgər Musayev:
Isbat etməz müsibətdən ərzdə öz nəfsinizdə, ancaq qabaqcadan kitabda olmasın, ki, Biz onu sizin üçün yaratmamış. Həqiqətən, bu üzərində Allahın yüngüldür!
A.Mehdiyev və D.Cəfərli:
Həm yer (üzün)də (zəlzələ, qıtlıq hərc-mərclik kimi), həm sizin özünüzdə (yaralanmaq, xəstəlik ölüm kimi) müsibət üz verirsə, Biz onu (yeri ya sizi yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır.
Kövsər Tağıyev:
Yer üzündə öz nəfslərinizdə başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmadan əvvəl bir kitabda (Lövhi-məhfuzda) yazılmasın. Şübhəsiz, bu, Allah üçün asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzünə özünüzə elə bir müsibət üz vermir ki, Biz bunu etməzdən əvvəl Kitabda [Lövhi-Məhfuzda] olmasın. Həqiqətən bu, Allah üçün çox asandır.
Sabirə Dünyamalıyeva:
Yer üzündə [insanların] özlərinin içində baş verən fəlakətlər -əlinizdən çıxana kədərlənməməyiniz Allahın sizə verdiyi şeylərlə qürrələnməməyiniz üçün- Biz onu ​​yaratmamışdan qabaq, həqiqətən bir kitabda mövcuddur. Şübhəsiz ki, bu, Allaha görə çox asandır.