Ənam Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün onların hamısını (bir yerə) toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?”
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!
Elmir Quliyev :
В тот день Мы соберем их вместе, а затем скажем тем, кто приобщал сотоварищей: "Где сотоварищи, о существовании которых вы предполагали?"
Ələddin Sultanov:
O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” - deyəcəyik.
Kerbelayi Malik ağa:
O gün hamısını həşr edəcəyik (məhşərdə toplayacağıq) sonra ortaq qoşanlara: ‘İddia etdiyiniz şərikləriniz haradadır?’ deyəcəyik.
Ələsgər Musayev:
O gün ki, onları toplayarıq cəmiyyən, sonra deyərik o kəslər üçün ki, müşrikdirlər: «Haradadır iddia etdiyiniz şərikləriniz?»
A.Mehdiyev və D.Cəfərli:
(Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.
Kövsər Tağıyev:
Onları toplu olaraq (məhşərə) toplayıb Allaha şərik qoşanlara: “İlah olduqlarını iddia etdiyiniz şərikləriniz hanı?” deyəcəyimiz günü xatırla.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü [qiyamət günü] onların hamısını bir yerə toplayacağıq, sonra [Allaha] şərik qoşanlara deyəcəyik: “(Allaha qoşmaq) iddiasında olduğunuz şərikləriniz hanı?"
Sabirə Dünyamalıyeva:
o gün hamısını bir yerə yığacağıq. Sonra Biz, şərik qoşan kəslərə: "Hanı, haradadır